Azərbaycanda qətliam: 7 nəfər öldürüldü+ADLARI+YENİLƏNİB

Goranboyda qətlə yetirilən şəxslərin adları açıqlanıb.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Goranboyda 7 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə “Qafqazinfo”ya hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hadisəni törədən şəxs 1978- ci il təvəllüdlü Hüseynov Rafiqdir. Məlumata görə, həmin şəxs ailənin yaxın qohumudur.***Anspress-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub. İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Rafiq səhər saatlarında qayınatasıgilə gələrək avtomat silahla evdə olan qayınanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.
***
Anspressin məlumatına görə, qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, 3 nəfər isə digər ailənin üzvləri olublar. Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var. Ölənlər bunlardır:Diləzbər (ana)Fərqanə (baldız)Südabə (gəlin)Namiq (qardaş)OfiləHəvayətİsa (3 yaş) Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb. "Bundan sonra kənddə ov ilə məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan snra Rafiq gecə saatlarında evə hücum edib".
***
Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.ANN.Az
























