• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Qaralov cəzalandırdığı işçilərin sayını açıqladı

Zakir Qaralov cəzalandırdığı işçilərin sayını açıqladı
01.10.2014 09:44
Ötən bir il ərzində prokurorluq orqanları üzrə 168 prokurorluq işçisinin iş yeri və ya vəzifəsi dəyişdirilib, onlardan 75 işçi yuxarı, 73 işçi isə eyni təsnifat vəzifələrə təyin olunublar. Bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi yazıda deyib.Z.Qaralov deyib ki, bu müddət ərzində prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, kadrlarla iş sahəsində görülmüş tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə və fəaliyyətlərində qanunsuzluq hallarına yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır.Bu müddətdə 118 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Prokurorluq orqanları üzrə 3 prokurorluq işçisinə ali xüsusi, 170 prokurorluq işçisinə isə xüsusi və hərbi rütbələr verilmişdir. Xidməti və ya əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 48 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 30 nəfərə şiddətli töhmət və töhmət verilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 4 nəfər isə prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilmişlər.

Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinə uyğunlaşdırılması prosesi yekunlaşdırılaraq bu vəzifələrə təyinatların aparılması nəticəsində həmin işçilərin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Belə ki, prokurorluq orqanlarında çalışan dövlət qulluqçusu statusu verilmiş işçilərin vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və digər zəruri məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin görülməsi təmin edilmiş, prokurorluq orqanlarında dövlət qulluğuna aid edilən vəzifələr üzrə struktur hazırlanaraq həmin vəzifələr üzrə işçilərin təyinatı aparılmışdır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol