• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Novruzu belə qeyd edir

Bakı Novruzu belə qeyd edir
21.03.2019 15:00
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il olkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən  paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.
 
Modern.az xəbər verir ki, işlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılıb, burada yaşıllıqlar salınıb, yeni gül və kollar əkilib. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayıb. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edirlər.

Əvvəlki illərdən fərqli olaraq bayram günlərində paytaxt sakinləri və şəhərimizin şoxsaylı qonaqlarının istirahət və əylənməsi üçün əlavə tədbirlər görülüb. Paytaxtın əsas istirahət və gəzinti məkanları olan  Fəvvarələr və Sevirəm parkları, Sahil bağı, Dənizkənarı Milli Park, İçəri şəhərlə yanaşı bütün rayonlardakı əsas bağlar xüsusi olaraq bəzədilib, burada bir neçə gün davam edən bayram şənlikləri təşkil olunmuşdur. Bu parklarda böyük konsert proqramları, müxtəlif bölgələrdən gəlmiş sənətkarların əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil olunub. Sakinlərimiz və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.

Novruz bayramı başa çatana kimi hər gün axşam saatlarında Fəvvarələr bağı, İçəri şəhərlə yanaşı, Bakının müxtəlif rayonlarındaki parklarda da konsert proqramları təşkil ediləcəkdir.  Bayram günləri Nərimanov, Qaradağ, Yasamal, Səbail, Nizami, Nəsimi, Xətai, Binəqədi rayonlarında keçirilən bayram tədbirləri daha möhtəşəm və maraqlı keçib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzində və qəsəbələrində keçirilən bayram tədbirləri xüsusi nəzarətdə saxlanılır, KİV-lər tərəfindən geniş işıqlandırılır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol