• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov villasını 310 minə satışa çıxardı - VİDEO

Ziya Məmmədov villasını 310 minə satışa çıxardı - VİDEO
22.03.2019 09:32
Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb. Sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Anews.az xəbər verir ki, musavat.com-un müxbiri Nardaranda olarkən kənd sakinlərindən öyrənib ki, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.Qəsəbədə olarkən qonşulardan onu da öyrəndik ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.


Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.


Nardaranda olarkən onu da öyrəndik ki, sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. Məlumata görə, 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.


Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.


Sabiq nazirin haqqında danışdığımız mülkünün görüntülərini təqdim edirik:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol