Min bir dərdin dərmanı olan qaraçörəkotu sabununun BİLMƏDİYİMİZ FAYDALARI

Qaraçörəkotu təxminən 14 əsr əvvəl Peyğəmbərimizin (s.ə.v) şəfalı adlandırdığı məhsullara daxil olan faydalı bitkidir.
Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimi ciyər, ödkisəsi xəstəliklərinə qarşı müalicəvi təsir göstərir.
Əgər hər səhər qaraçörəkotu həlimini zeytun yağı ilə içsəniz, bu, üzə təravət verər.
Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdakı qurdları təmizləyir.
Titrəmə və qızdırmada qaraçörəkotu ilə bal və sirkənin qaynanmış qarışığı çox xeyirlidir.
Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və revmatizmdə çox təsirlidir.
XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim və təbibi Məhəmməd Yusif Şirvani isə deyirdi ki, əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar: "Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 qr bu qarışıqdan acqarnına qəbul etsə, revmatizmdən xilas olar"
Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə edilir. Fransada qaraçörəkotu toxumları qara istiotu əvəz edir.
Müasir tibdə qaraçörəkotundan qazları yox etmək, yüngül işlətmə təsiri və qurdları təmizləmək üçün istifadə edirlər. Müasir tədqiqatlar nəticəsində müəyyən edilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır.
Qaraçörəkotundan hazırlanan təbii sabunlar isə dərisində allergik problemləri olanlar üçün əlverişli bitki mənşəli dərmandır. Bu təbii bir məhsuldur. Heç bir kimyəvi maddəsi olmayan qaraçörəkotu sabunu dəri xəstəlikləri üçün mükəmməl vasitədir.
Qaraçörəkotu sabununun faydaları:
Ayaq göbələyinə və ayaq qoxusuna qarşı çox təsirlidir.
Sabun antibakterial olduğu üçün bakteriyaların böyüməsini maneə törədir və pis qoxuların qarşısını alır.
Saç diblərini gücləndirərək tökülməsinin qarşısını alır.
Eqzamaya qarşı təsirlidir.
Allergik reaksiyalarda dərini rahatlaşdırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























