• $
  • €
  • ₽
  • ₺
  • £

Rəis oğlu “Porsche” ilə yüksək sürətlə radara düşdü - FOTO

Rəis oğlu “Porsche” ilə yüksək sürətlə radara düşdü - FOTO
23.03.2019 11:43
Azərbaycanda bir çox  yüksək çinli məmurların övladlarının yol-hərəkəti qaydalarını pozması və bunun ağır faciələrə  səbəb olmasına dair mediada zaman-zaman xəbərlər yayılır.


Anews.az gununsesi.org-a istinadən xəbər verir ki, valideynlərinin tutduğu mövqeyə arxalanan bu cür şəxslərin  törətdikləri əməllər sonradan onların ictimai qınaqla üzləşməsi, həbsi və bəzi halarda arxalandıqları insanların vəzifədən atılması ilə nəticələnsə də zaman-zaman bu tipli adamların avtoxuliqanlıq hərəkətləri təkrarlanır.


Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Əkbər İsmayılovun oğlu Ülvi İsmayılov da  belələrindəndir. Ülvi İsmayılovun tez-tez yol hərəkəti qaydalarını pozması, sürücü kimi qanunlara məhəl qoymadığı bildirilir.


Bakı-Şamaxı yolunun 84.6 km-də sürət həddi 90 km/saat müəyyən olunan yolda Ülvi İsmayılov özünə məxsus 10 TO 020 dövlət qeydiyyat nömrə  nişanlı "Porsche Panamera” maşını ilə sürət həddini aşaraq 149 km/saat -la radara düşüb.


Ülvi İsmayılovun qanunları pozmasında təəccüb doğuracaq məqamlardan biri də onun özünün də polis orqanlarında çalışmasıdır. Bildirilir ki, ay ərzində bir neçə radar və kameralara yaxalanmaq Ülvi İsmayılovun avtomobili üçün adi haldır.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol