• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi telesüjet müsabiqəsi elan edir

Təhsil Nazirliyi telesüjet müsabiqəsi elan edir
30.09.2014 19:00
Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsini elan edir.ANN.Az xəbər verir ki, müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi,- təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi;- “peşəkar müəllim” obrazının yaradılması;- müəllim peşəsinin nüfuzunun artırılması;- ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması;- peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması;- gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir.Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim olunmalıdır. Müsabiqə elanına yüksək bal toplayan və ucqar kənd məktəblərində yeni fəaliyyətə başlayan müəllimlərin siyahısı əlavə edilib. Süjetlərin qəhrəmanları siyahıda göstərilən müəllimlər olmalıdır.Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müəllif efir materialının televiziyada nümayiş olunmuş variantını DVD diskə köçürərək Təhsil Nazirliyinə təqdim etməlidir.Müsabiqə ilə bağlı yaranan suallara [email protected]/* */ elektron poçt ünvanına sorğu göndərməklə və ya 4969490 nömrəli telefona zəng etməklə cavab almaq mümkündür.Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol