• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftə sonra hərbi xidmətə getməli olan gənc faciəvi şəkildə öldü

Bir həftə sonra hərbi xidmətə getməli olan gənc faciəvi şəkildə öldü
24.03.2019 23:19
Gecə Bakıda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Füzuli və Sumqayıtda da ölümlə nəticələnən qəzalar olub.


Ağır qəza gecə paytaxtın Səbail rayonu Bayıl qəsəbəsi "20-ci sahə" adlanan ərazidə baş verib. Şıxov qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan ''90-CT-983'' dövlət qeydiyyat nişanlı, sürücü Roman Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil yol kənarında dayanan iki piyadanı vurub.

Nəticədə 18 yaşlı Roma Cəfərov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 18 yaşlı Vahid Rəhimov isə üz və bədən nahiyələrindən sınıq xəsarətləri alıb. Dərhal ətrafda olan insanların köməyi ilə xəstəxanaya aparılan Vahid Rəhimov ilkin yardım göstərildikdən sonra evə buraxılıb. O deyir ki, qəza törədən sürücü avtomobili yüksək sürətlə idarə edib.


Qəza zamanı ölən Roma Cəfərovun atası Füzuli Cəfərovun sözlərinə görə, oğlunu bir həftə sonra hərbi xidmətə yola salacaqmış. Ata onu da iddia edir ki, hadisəni törədən sürücü sərxoş olub. Qəzadan sonra o, küçədə olan hadisə şahidləri ilə əlbəyaxa dava da edib. Daha sonra hadisə yerindən yayınıb.


Səbail rayon 8-ci polis bölməsindən verilən məlumata görə, qəzanı törədən sürücü Roman Hüseynov saxlanılaraq məsuliyyətə cəlb edilib. Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.


Füzulidə isə qatarla minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Ağır qəza rayonun Arza Dilağar kəndində baş verib. 70 yaşlı Barat Həsənovun idarə etdiyi minik avtomobili qorunmayan keçiddən keçərkən sərnişin qatarı onu vurub. Sürücü Barat Həsənov hadisə yerində dünyasını dəyişib.


Sumqayıtda isə azyaşlı uşağı maşın vuraraq öldürüb. Hadisə Səməd Vurğun küçəsində baş verib. Həmin ərazidə yolu keçmək istəyən 11 yaşlı Həbib Abdulzadəni avtomobil vurub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.(Xəzər TV)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol