• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI

Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI
30.09.2014 16:38
Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərindən Trend-ə daxil olan birgə məlumatda deyilir ki, oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək.Qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar:Qaradağ rayonu- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;Səbail rayonu- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı;- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;Yasamal rayonu- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti;Binəqədi rayonu- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə üzbəüz;- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;Nərimanov rayonu- Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə;Nizami rayonu- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında;Xətai rayonu- Nobel prospekti, "Nargilə" kafesinin yanı;- M.Hadi küçəsi, Ukrayna dairəsində;- Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının yaxınlığında;Sabunçu rayonu- Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı;- Sabunçu qəsəbəsi, Şəhər Şossesi, "ABU" yanacaq doldurma məntəqəsinin yanı;Suraxanı rayonu- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;-Yeni Günəşli qəsəbəsi, V yaşayış massiviXəzər rayonu- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu);- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin inzibati binasının qarşısı);- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol