• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin altından tunel çəkilir - FOTO

Xəzərin altından tunel çəkilir - FOTO
30.09.2014 16:25
Bakı buxtasında körpü salınması planlaşdırılsa da...Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində məlumat verib.Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə danışan C.Qocayev deyib ki, əvvəlcə Bakı buxtasında körpü salınması planlaşdırılırdı. Lakin memarlar görüntü nöqteyi-nəzərdən həmin layihənin əleyhinə çıxdılar:

“Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizin görünüşünə xələl gətirə bilərdi. Texniki cəhətdən yanaşsaq, Bakıda tez-tez güclü külək əsməsi həmin körpüdə nəqliyyatın təhlükəsizliyini şübhə altına alırdı. Buna görə də, Cənubi Koreya şirkətinin təklifi ilə buxtada tunelin inşası gündəmə gəldi. Tunel avtomobillərin Dalğa Plazadan Nobel prospektinə birbaşa çıxmasına imkan yaradacaq. Bu, Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, gələcəkdə dənizin səviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinə yetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metr genişlənməsinə imkan yaranacaq və nəhayət, buxtaya tullantı sularının axıdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşıllıqların salınması da nəzərdə tutulur”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol