“Diqlas”da yenidən tüstülənmə - Əraziyə yanğınsöndürənlər cəlb edildi

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində tüstülənmə başlayıb.
Anews.az "Report”a istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışır.
"Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - deyə, yanğınsöndürənlərdən biri bildirib.
Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























