• $
  • €
  • ₽
  • ₺
  • £

İçkili avtobus sürücüsü Bakıda aləmi bir-birinə qatdı - FOTO

İçkili avtobus sürücüsü Bakıda aləmi bir-birinə qatdı - FOTO
29.05.2020 03:28
Bakıda səhər saatlarında sərxoş vəziyyətdə içi sərnişinlərlə dolu avtobusu idarə edən sürücüsü yol polisləri tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verdiyinə görə yol polisi əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib. 

Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. 

YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi və Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkətini qaydalarını pozması "Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb.

Müayinə zamanıTəbin Hətəmovun sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər.

Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatını real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıq ediblər. Sürücü izahatında spirtli içki qəbul etdiyini etiraf edib.

Araşdırma zamanı həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol