• $
  • €
  • ₽
  • ₺
  • £

Marketlərin qiymət tələsi - Ehtiyatlı olun! - VİDEO

Marketlərin qiymət tələsi - Ehtiyatlı olun! - VİDEO
27.03.2019 22:00
İndi böyük marketlər o qədər inkişaf edib ki, demək olar, bazara getməyə ehtiyac qalmır. Marketlərdə kibritdən tutmuş meyvə-tərəvəzə qədər, hər şey satılır. Belə xidmətin olması insanlar üçün çox yaxşıdır. Lakin yaxşı olmayan məsələ haqq-hesab məsələsidir. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür. 

Fikirləşirsən ki, alış-veriş edəsən, rahat olasan, amma aldadılasan.

Anews.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Müştərilər mağazalarda, iri marketlərdə alış-veriş zamanı aldıqları məhsulun vitrin qiyməti ilə kassa qiyməti arasında müəyyən qiymət fərqi ilə rastlaşırlar. Elə sosial şəbəkələrdə bununla bağlı paylaşılan fotolar, məlumatlar da bu cür faktların olduğunu bir daha təsdiq edir.

Alıcılar daha çox mal alanda, ən çox üz tutduğu super-marketlərdə bu hal, sanki, bir siyasətə çevrilir. O mənada ki, müştəri çox çeşiddə mal alır və satıcı kassada fərqli qiymətlər vurur, müştəri isə bunu hiss etmir, ya da,

Sakin: "Özlərinə deyirəm düzəldirlər".

Böyük market şəbəkələrindən də bu cür faktların olduğunu təsdiqlədilər. Səbəbi isə belə izah etdilər.

Satıcı: "Günahkar satıcılardır. Qiymət dəyişir, amma vitrində qiymət dəyişilmir.

Vitrində məhsulu başqa qiymətə görən müştəri kassada fərqli məbləğ ödədikdə özünü bir növ aldadılmış hesab edir.

Bu kimi hallarla bağlı çox sayda şikayətin olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu, sadəcə, bəhanə adlandırır.

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Bu iş market sahiblərinin istehlakçılarını aldatmaq jestidir. İstehlakçı kassa çekini götürüb, iradını bildirməlidir".

Mütəxəssislərin fikrincə, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Hətta bəzi marketlərdə, belə hal baş verərsə, həmin mal alıcıya pulsuz verilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol