• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda soğan niyə bahalaşıb? - AÇIQLAMA

Azərbaycanda soğan niyə bahalaşıb? - AÇIQLAMA
27.03.2019 16:05
Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb". 

Bunu "Report”a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Bəşir Quliyev ölkədə soğanın 2 dəfə bahalaşmasına münasibət bildirərkən deyib. 

Qeyd edək ki, hazırda daxili bazarda 1 kq soğan 1,3 - 1,5 manata satılır ki, bu da, təxminən, 2 dəfə bahalaşma deməkdir. 

"Fevralda soğan istehsalçıları ilə görüş keçirilmişdi. Onda sahibkarların qiymətdən hər hansı şikayəti yox idi, əksinə, soğanın keçən ilə nisbətən qismən bahalaşmasına (ötən il soğanın qiyməti 0,25-0,40 manat təşkil edirdi) görə sevinirdilər. Mən bildiyimə görə, ötən ayın sonuna qədər Türkiyəyə ixrac həyata keçiriləcəkdi. Mart ayında istehsalçılarla görüşməmişik”, - deyə o əlavə edib. 

Kənd Təsərrüfatı Nazirliyindən isə "Report”a bildirilib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.

"Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib ki, bunun da, təxminən, 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”, - deyə Nazirlik bəyan edib. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol