• $
  • €
  • ₽
  • ₺
  • £

“Diqlas”ın direktor müavini sahibkarlarla görüşdü: Məni və Rasimi tutsalar...

“Diqlas”ın direktor müavini sahibkarlarla görüşdü: Məni və Rasimi tutsalar...
27.03.2019 17:02
"Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum. "Diqlas” ticarət mərkəzinin təməli qoyulandan burdayam. Bura öz övladım kimi baxıram. Həyat elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik".

"Report” xəbər verir ki, bunu yanan "Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov sahibkarlarla görüşündə deyib.

A.Rəhimov deyib ki, ticarət mərkəzinin tezliklə təmir olunmasını vacib sayıb: "Bu, mənim təklifimdir. Obyekt təmir olunsun, sahibkarlar fəaliyyətə başlasınlar, onlardan pul alınmasın. Ürəyim yanmasaydı, bura gəlməzdim, mən də sizinləyəm, zərərçəkmişəm. Orada olan sahibkarların da sığortası yoxdur. Ona görə də düşünüb bu məsələni başqa formada həll etməliyik. Hər kəs haqqını istəyir, dövlətin əleyhinə getmir. Xahiş edirəm, mənə vaxt verin, sahibkarların bəziləri ilə görüşüm, sonra sizə yekun məlumat verim”.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol