“WhatsApp”da “qara rejim”

"WhatsApp” messencerinin tərtibatçıları tətbiqin "Android” platforması üçün nəzərdə tutulmuş versiyasında "qara rejim” adlı yeni funksiyanı sınaqdan keçirir.
Bu barədə "WABetaInfo” portal məlumat yayıb.
Yeni funksiya artıq messencerin beta-versiyasında (2.19.82) peyda olub. "Qara rejim”i işə saldıqda, tətbiqin interfeysində işıq qamması dəyişir, belə ki, fon qara rənglə əvəzlənir, mətnlərin şriftləri isə ağ rəngdə olur.
Bu funksiyanın nə vaxt digər versiyalarda istifadəçilərin sərəncamına veriləcəyi barədə məlumat yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























