"Diqlas" yanğınında zərərçəkənlərin qeydiyyatı təxirə düşdü

Xəbər verdiyimiz kimi, bu gün "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarların qeydiyyatı aparılmalı idi.
News24.az xəbər verir ki, Prezident İlham Əliyevin göstərişi ilə zərərçəkənlərə kompensasiya ödənilməsi üçün aparılması gərəkən qeydiyyat işi təxirə düşüb. Buna səbəb isə qeydiyyat üçün təyin olunmuş komissiya tərəfindən müəyyən sənədlərin hazır olmamasıdır. Bu barədə "Diqlas"da administrator vəzifəsində çalışan Bayram Həsənov sahibkarlara məlumat verib. O, bildirib ki, hazırda sahibkarlara dəyən zərərin hesablanma işləri aparılır. Buna görə də qeydiyyat sabah saat 11:00-da başlanacaq:
"Cənab prezidentimizin verdiyi qərara qarşı kimsə biganə qala bilməz. Buna görə də sənədləşmə işləri tam bitəndən sonra sabah saat 11:00 üçün qeydiyyat başlanacaq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























