• $
  • €
  • ₽
  • ₺
  • £

“Diqlas”-dakı yanğının günahkarı açıqlandı

“Diqlas”-dakı yanğının günahkarı açıqlandı
28.03.2019 17:31
"Hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə gəlib və ilkin tədbirlər həyata keçirilib”.
 
Bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib.
 
Nazir deyib ki, yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadır: "Yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Yanğının söndürülməsinə 35 yanınsönürən maşın və 3 helikopter cəlb olunub. Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq "Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub".
 
K.Heydərov qeyd edib ki, yanğının fəsadlarının aradan qaldırılması və ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlər operativ qaydada həyata keçirilib: "Hadisənin başvermə səbəblərinin araşdırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək və əldə olunan ilkin materiallar komissiyaya təqdim ediləcək”.
 
///ONA

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol