• $
  • €
  • ₽
  • ₺
  • £

10 yaşlı qızı zorlayan iki qonşu və doğulan qız uşağı… – Qəbələdəki tükürpədən hadisənin təfərrüatları

10 yaşlı qızı zorlayan iki qonşu və doğulan qız uşağı… – Qəbələdəki tükürpədən hadisənin təfərrüatları
29.05.2020 10:51
Qəbələ rayonunda zorlamada təqsirli bilinən 2000-ci il təvəllüdlü Sadiq Məlikov və onun yaşıdı Akif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az teleqraf.com-a istinadla xəbər verir ki, Sadiq Məlikov 2014-cü ilin oktyabr ayının ortalarında Qəbələ rayonunun Ziring kəndində 2004-cü il təvəllüdlü Tahirə Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib.

Əqli cəhətdən zəif olan Tahirə Məmmədova Sadiqin qonşusu olub.

Tahirənin və valideynlərinin etibarını qazanan Sadiq ailənin evinə sərbəst gedib-gəlmək imkanı əldə edib. Azyaşlı Tahirə evdə tək olduğu zaman Sadiq ona təcavüz etmək istəyib. Niyyətini həyata keçirmək üçün qızı aldadıb və yataq otağında onunla intim əlaqədə olub.

İstintaq müəyyən edib ki, Tahirə Məmmədova digər qonşusu Akif Babayev tərəfindən də təcavüzə məruz qalıb. O, Tahirənin yaşadığı evə televizorda istifadə olunan peyk antenna kanallarının nizamlanması adı ilə girib və evdə tək olan Tahirə ilə intim əlaqədə olub.

Daha sonra Akif Tahirəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də edib, onu oral seksə məcbur edib.

İki oğlan tərəfindən təcavüzə məruz qalan Tahirə sonda hamilə qalıb. Bir qədər sonra ailə üzvləri bu olaylardan xəbər tutublar.

2015-ci ildə təcavüzə məruz qalan Tahirə dünyaya qız uşağı gətirib. Tahirənin atası Sahib baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Müəyyən edilib ki, Tahirənin qızının bioloji atası Sadiq Məlikovdur. Ondan götürülən qan nümunələri ilə də bu sübuta yetirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol