• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm Usubov "Diqlas"a gəldi - FOTO

Rüstəm Usubov "Diqlas"a gəldi - FOTO
28.05.2020 18:35
Baş prokurorun birinci müavini Rüstəm Usubov yanğın baş vermiş "Diqlas" Ticarət Mərkəzinə gəlib.

"Report"un məlumatına görə, R.Usubov hadisənin baş verdiyi əraziyə baxış keçirib.

Sonda R.Usubov prokurorluq əməkdaşlarına göstəriş və tapşırıqlarını verib.

Xatırladaq ki, yanğın hadisəsi martın 26-da baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin başvermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol