Şəhid ailələrinə yeni güzəştlər ediləcək

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək.
Oxu.Az xəbər verir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.
Qanun layihəsi geniş müzakirələr açılmadan səsverməyə çıxarılaraq qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























