• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident məmurların etmədiyi işləri öz üzərinə götürməyə məcbur olur - Deputat

Prezident məmurların etmədiyi işləri öz üzərinə götürməyə məcbur olur - Deputat
29.03.2019 16:36
"Təbii ki, belə bir problem var. Sistemlə bağlı, sistemin işləyişi ilə bağlı problem var. Və hər bir yükü Prezidentin üzərinə yönləndirmək cəhdləri mövcuddur".

Anews.az xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa məmurların, dövlət qurumlarının Prezidentin müdaxiləsi olmadan ciddi problemləri həll etmək iqtidarında olmaması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Ölkədəki dəyişikləri əngəlləyən addımlar atılır

Millət vəkili qeyd edib ki, əslində Prezident səviyyəsində ciddi islahatların addımı atılıb və ölkədə çox böyük ciddi dəyişikliklər baş verir: "Amma bu dəyişiklikləri bloklayan, əngəlləyən addımlar da özünü ləngitməyib. Artıq bir sıra sahələrdə bu istiqamətdə maneələr özünü göstərməyə başlayır. Ona görə də bütün məsələlərin dövlətin üzərinə yüklənməsi məqbul yol deyil. Son "Diqlas" hadisəsində gördük ki, sığorta sistemi etibarsız vəziyyətdədir. Kimsə bu sahəyə o qədər həssaslıqla yanaşmır. Hamı bilir ki, yanğın, zəlzələ ola bilər. Hamı, eyni zamanda bəlkə zəlzələnin nəticələrindən daha çox sığorta sisteminin ədalətli davranmayacağına diqqət yetirir. Digər tərəfdən zəlzələ baş verir, yenə də sığorta heç yada düşmür, dövlət bu işin yükünü boynuna götürür".

Yalandan dövlətin islahatlarını dəstəkləyirəm deyənlər var

F. Mustafa diqqətə çatdırıb ki, insanların məhkəməyə müraciət etmək həvəsi də yoxdur: "Yanğın olub, kim bunu müəyyən edəcək? Mən müəyyən etsəm, hamı nədənsə narazı qalacaq ki, bu qiymət mənim malımın qiymətinə adekvat deyildi. Ancaq hamı siyahı, hamı cədvəl, hamı mülkiyyət sənədi... Onlarla müəssisələrdə, ticarət mərkəzlərində vətəndaş yerin pulunu yüksək məbləğdə axıradək ödəyib, ancaq adı dəftərə yazılıb, mülkiyyət vərəqəsi yoxdur. Bu, hüquqi dövlət deyilən anlayışla qətiyyən üst-üstə düşmür. Amma kimdir buna baxan? Hərənin öz mənfəəti var deyə bu məsələnin belə formada qalması maraqlı görünür. Bu baxımdan da hesab edirəm ki, bir sıra məsələlərin üzərində mütləq düşünmək lazımdır. Bu düşünməni də cəmiyyətdə müəyyən qrupların, şəxslərin imtiyazından imtina etməsi islahatı ilə gerçəkləşdirmək olar. Heç kim özünə aid olan üstünlükdən imtina etmək fikrində deyil, amma buna baxmayaraq, hamı da dövlətin apardığı islahatların dəstəklənməsi barədə fikir söyləyir".

Prezidentin işi-gücü hər yerdə baş verən yanğına müdaxilə etmək deyilki

Onun sözlərinə görə, bu məsələ həllini tapmalıdır: "Yoxsa ölkə Prezidentinin işi-gücü hər yerdə baş verən yanğına müdaxilə etmək deyilki! Dağlıq Qarabağ problemi var, yüzlərlə məsələ var, onlarla məşğuldur, ciddi işlərlə məşğuldur. İndi Prezident məmurların etmədiyi işləri öz üzərinə götürməyə məcbur olur. Sistemi çalışdırmağın yollarını tapmalıyıq ki, bu problemlər bu qədər fəsad törədə bilməsin, insanlara bu qədər ziyan dəyməsin. İnsanların özləri də hüquqlarını qorumaq istiqamətində addımlar atmağa çalışmalıdırlar. Yoxsa laqeydliklə, mən malımı sığorta etmirəm, pul ödəmək istəmirəm, yanandan sonra dövlətdən yapışıram ki, pulumu ver deməklə olmur. Bunların hamısı ciddi məsələlərdir və bunların üzərinə getmək lazımdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol