• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq MTN generalları əfv oluna bilməzlər - SƏBƏB

Sabiq MTN generalları əfv oluna bilməzlər - SƏBƏB
29.03.2019 17:07
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamından sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generallarının da bağışlanmaları üçün ölkə rəhbərinə müraciət etdiklərinə dair məlumatlar yayılıb. İddia olunur ki, müraciəti keçmiş MTN-nin  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi  Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıblar.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, belə məsələ gündəmdə deyil:

"Hazırda MTN-çilərin bəziləri apellyasiya, bəziləri kassasiya şikayəti verib. Ona görə də məhkəmədə işlər yekunlaşmadığından, son qərar verilmədiyindən, həmin şəxslərin əfv üçün müraciət etmək hüququna baxıla bilməz. Əfv üçün yalnız o şəxslər müraciət edə bilər ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılıb. Barəsində qanuni qüvvəyə minmiş hökmü olanların nəzəri baxımdan bu hüququ yaranır”.

Hüquq müdafiəçisi həmin şəxslərin əfv üçün müraciət etmələri barədə məlumatsız olduğunu bildirib:

"Ola bilər kütləvi informasiya vasitələrində bu cür məlumatlar getsin. Amma mən belə bir məlumatla tanış olmamışam. Digər tərəfdən, hazırda Əfv Komissiyasının iclasları yoxdur. Prokurorluq, Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlardan məlum olduğu kimi, həmin şəxslərin cinayətlərinin ictimai münasibətlərə, dövlətin imicinin zədələnməsi prosesinə ciddi təsiri olub. Ona görə də bunlar diqqətə alınmalı məsələlərdir. Komissiyanın iclaslarında əfv müraciətlərinə baxılan zaman dövlətin maraqları, fərdi müarciətlərdə balans qorunub saxlanmalıdır. Əfv mərhəmət aktı olmaqla yanaşı, həm də ədalətli olmalıdır”.



Ə.Nuriyev həmçinin bildirib ki, əfvetmə haqqında əsasnamənin tələblərinə görə, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər yalnız cəza müddətinin yarısını çəkdikdən sonra əfv üçün müraciət edə bilərlər:

"Bu, müraciət etmək hüququnun yaranması üçün ilkin şərtdir. Yalnız bundan sonra həmin şəxsin əfv olunması müzakirə edilə bilər. Konsititusiyaya görə, əfv prezidentin müstəsna səlahiyyətlərinə daxil olan hüquqlarından biridir. Prezident istənilən şəxsi əfv etmək hüququna malikdir. Ölkə rəhbəri əfvetmə zamanı şəxsin cəza müddətinin yarısını çəkib-çəkməməsini nəzərə almaya bilər. Praktikada da bunun şahidi olmuşuq”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol