• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-çı deputatdan sərt sözlər - "Ayıb olsun!..."

YAP-çı deputatdan sərt sözlər - "Ayıb olsun!..."
29.03.2019 17:24
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev  son günlər bəzi açıqlamaları ilə gündəmə gəlib.

O, "Demokrat.az”a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvləri barədə  danışarkən sərt ifadələrdən istifadə edərək, "700 min inək” sözünü işlədib.
Belə ki, Ə.Nağıyev jurnalistin YAP üzvləri barədəki sualına cavabında "...sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam” vurğulayıb. 
YAP-ın qurucularından biri olan və hazırda da onun sıravi üzvü kimi fəaliyyət göstərən Əli Nağıyevin bu cür fikirlər səsləndirməsi partiyadaşlarının qəzəbinə tuş gəlib.


Yeni Azərbaycan Partiyası Yevlax  rayon təşkilatının sədri, deputat İlham Məmmədov  Modern.az-a açıqlamasında Əli Nağıyevin fikirlərini etikadankənar qiymətləndirib:


"Vaxtilə YAP-ın funksionerlərindən və sədr müavinlərindən olmuş Əli Nağıyev ulu öndərimizin kölgəsinə, işığına sığınmış, məhz onun etimadı ilə məqamlara çatmışdı. İndi Əli Nağıyev partiyamızın üzvləri haqqında təhqiramiz ifadə işlədib. Bu ifadəni etikadankənar hal kimi qiymətləndirirəm.
Görəsən, Əli Nağıyev partiyanın 700 min üzvünü təhqir edəndə nə fikirləşirdi?!. Axı hazırda da həmin 700 min insanın içindədir”.



Deputat bildirib ki, özünü YAP-ın qurucusu kimi təqdim edən Əli Nağıyevin vaxtilə partiya yaratmaq fikri vardısa, Heydər əliyevdən əvvəl niyə yaratmırdı:

"O deyir ki, partiyanın ideya müəllifi və yaradıcılarındanam. O zaman sual olunur:  Əli Nağıyev, elə bir ideyan var idisə, 1990-cı illərdə  partiya yaradardın və xalqı da arxanca aparardın. Axı, siz kim idiniz?! Heydər Əliyev kimi nəhəng insan olmasaydı, siz partiya yarada bilərdinizmi?  Sizi öz ətrafına Heydər Əliyev yığdı. O məqamı sizə Heydər Əliyev verdi. Bu gün sizi kimsə xatırlayırmı?!”.


İlham Məmmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının üzvləri çox hiddətləniblər:
 
"Deyirlər ki, Əli Nağıyevə ayıb olsun! O ki, partiyanın funksionerlərindən biri olub. Heydər Əliyevin etimadı ilə əmək və əhlinin sosial müdafiəsi naziri, daha sonra Belarusda səfir olaraq Azərbaycan dövlətini təmsil edib. Yaxşı, bu gün partiyanın üzvlərini bu formada təhqir etmək olarmı?! O partiyanın üzvləri arasında alimlər, ziyalılar, akademiklər var. Bu insanların hamısı bir ağızdan sənə deyir: "Ayıb olsun, Əli Nağıyev!”.  Bu gün 700 min partiya üzvü Əli Nağıyevi qınayır. Hesab edirəm ki, bu qınaq ona bəs edər”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol