Papa niyə əlinin öpülməsinə icazə vermir?

Papa Fransisk Loretoya ziyarət zamanı insanların əlini öpməsinə icazə verməyib.
Həmin görüşdən sonra internetdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Müzakirələrə son qoymaq üçün Vatikan sözçüsü Alessandro Gisotti bu barədə jurnalistlərə açıqlama verib.
O bildirib ki, Papa gigiyenik səbəblərə görə əlini öpdürmür.
"Papa xüsusən də, belə böyük izdihamların olduğu yerlərdə insanların bir-birinə virus yaymaması üçün əlinin öpülməsinə razı olmur.
Papalığın möhürü hesab edirlən "balıqçı üzüyü”nü öpmək katolik dünyasında ən yüksək mərtəbəyə hörmət əlamətini ifadə edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























