• $
  • €
  • ₽
  • ₺
  • £

“Uzunömürlülərin çoxunun əsl yaşı ilə sənəd yaşı üst-üstə düşmür”

“Uzunömürlülərin çoxunun əsl yaşı ilə sənəd yaşı üst-üstə düşmür”
29.05.2020 04:29
İndiyə qədər Azərbaycanın müxtəlif ərazilərində yaşayan 500-dən çox uzunömürlünün yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) olunub.

Bizimyol.info-un məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.

U.Həşimova qeyd edib ki, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəd yaşı üst-üstə düşmür:

"XX əsrin ilk 10-20 illiyində doğulanların qeydiyyatı təqribi aparılıb. Elə ucqar kəndlər olub ki, orada sovet hakimiyyəti yeni qurulduqda qızların boy-buxununa baxaraq doğum şəhadətnaməsi verib və doğum tarixini qeyd ediblər. Bununla yanaşı, ərə verilən azyaşlı qızların yaşı sənədlərdə 5-6 yaş artırılıb. Bir çox hallarda rayon mərkəzindən uzaq olan kəndlərdə valideynlər yeni sənəd almamaq üçün ölmüş uşaqların sənədlərini sonradan doğulan uşaq üçün istifadə ediblər. Belə faktlar var. Məsələn, Lənkəran rayonunda sənədində doğum tarixi 1890-cı il qeyd olunmuş uzunömürlünün yaşı verifikasiya olunanda aşkar olunmuşdu ki, əslində onun doğum sənədi ailənin ilk uşağınınkı imiş, dünyasını dəyişən həmin uşağın adı və sənədi bu qadına verilib. Verifikasiya zamanı həmin qadının özünün əsl yaşının 88 olduğu məlum olub. 2000-ci illərin əvvəllərində Qəbələnin Vəndam kəndində 1870-ci il təvəllüdlü, 130 yaşı olduğu deyilən bir qadının yaşını verifikasiya edəndə onun əsl yaşının 92 olduğu məlum olub”.

İnstitut direktoru vurğulayıb ki, 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından o zaman doğulan uşaqların yaşı daha düzgün yazılıb:

"Amma Azərbaycan Xalq Cumhuriyyəti dövründə də bəzi Bakı kəndlərində işlək dövlət qurumları olduğundan orada doğulan uzunömürlülərin yaşını verifikasiya etmək çox rahat olub. Onlara verilmiş doğum şəhadətnaməsində yazılan tarixlə verifikasiya edilmiş yaş üst-üstə düşür”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol