• $
  • €
  • ₽
  • ₺
  • £

1 aprel Gülüş günüdür

1 aprel Gülüş günüdür
29.05.2020 08:33
Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş günü keçirilir. 

Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd edilir. Böyük Britaniyada "Səfehlər günü”, Fransada isə "Aprel balığı günü” adlandırırlar. 

Bəzi mənbələrə görə, 5 əsrlik tarixi olan gülüş günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələn xəbərdar olanlar isə protest məqsədi ilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər.1 aprelə "bütün axmaqların günü” adını verdilər. 


Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar.Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək gülüş günü kimi davam etdirdilər. 
 İndi bütün dünyada 1 Aprel Beynəlxalq Gülüş Günü kimi qeyd olunur.

Başqa rəvayətə görə hələ qədim Romada 17 fevralı "Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf etmişdi. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olmuşdu. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçiblər.

Bir çox ölkələrdə isə ildə bir dəfə- məhz aprelin 1-də "İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya bilər, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə” bilərdilər. Eyni zamanda "Səfehlər kralı” və ya "Zarrafatlar kralı” təyin edər, şənlənər, lətifələr söyləyərdilər. Həmin gündə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq” etmək mümkün idi.

Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşahidə olunur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol