Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü

Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.
Anews.az-ın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.
Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.
Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib.
Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























