Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi - FOTO

Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolunda torpaq uçqunu baş verib.
Oxu.Az-ın məlumatına görə, rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq kəndinin yaxınlığında yolun bir hissəsi uçub.
Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan Yük maşını bataraq yolda qalıb.
Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.
Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobillər uçqun səbəbindən yolda qalıb.
Sözü gedən yolda 4 nöqtədə sürüşmələr qeydə alınıb.
Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.
Torpaq uçqununa intensiv yağışlarin səbəb olduğu bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























