• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcabədidə toyda dava: ölən və yaralananlar var

Ağcabədidə toyda dava: ölən və yaralananlar var
29.09.2014 09:00
Bu gün Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var.APA-nın yerli bürosunun xəbərinə görə, baş vermiş dava nəticəsində 1993-cü il təvəllüdlü Elnur Mehman oğlu Məmmədov və Elmidar Eldəniz oğlu İsmayılov bıçaqlanıb, Nizami Abbasov, Nəzakət Abbasova, Elmir Məmmədov isə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Yaralılar Ağcabədi Mərkəzi rayon Xəstəxanasına gətiriliblər. Xəsarət alan Nəzakət Abbasovanın bildirdiyinə görə, onlar Bakının Suraxanı rayonundan bacısı oğlunun Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy mərasimində iştirak etmək üçün gəliblər: “Oğlanlarım toyda yardım edirdilər, birdən oğlum Elnur Məmmədovun bıçaqlandığını dedilər, ondan sonra ara qarışdı. Bıçaqlanan Elmidar İsmayılov da qardaşımın oğludur”. Nəzakət Abbasovanın özü, digər oğlu və daha bir neçə qohum da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Qeyd edək ki, bıçaqlanan Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol