• $
  • €
  • ₽
  • ₺
  • £

“Kazbek” mahnısını oxuyan meyxanaçı saxlanıldı - RƏSMİ

“Kazbek” mahnısını oxuyan meyxanaçı saxlanıldı - RƏSMİ
01.04.2019 15:57
Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılmışdır.

Məsələ ictimai rezonans doğurmuş və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olmuşdur.

DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini "Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 

Onun üzərində aparılmış şəxsi axtarış zamanı "Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcəkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol