• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət

Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət
01.04.2019 16:33
"Bu cür və bənzər hadisələrin baş verməsi həm ziyalılar, həm də sadə vətəndaşlar tərəfindən məqbul sayılmır. Çünki illərlə oturuşmuş əxlaqi dəyərlər, adət-ənənələrimiz var ki, bu milli-mənəvi dəyərlərdən gəlib keçir. Həmin görüntülər də kişi və qadının əxlaq və dəyərləridir”.

Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçəri şəhər "Cümə məscidi”nin axundu hacı Surxay Məmmədli sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoya münasibət bildirərkən deyib.

QMİ rəsmisi qeyd edib ki, əxlaq və tərbiyə, ilk növbədə, ailədən gəlir: "Hər insan öz ailəsinə diqqət etməlidir. Cəmiyyətdə əgər pozğunluq, əxlaqsızlıq, hər hansı fəsadlar baş alıb gedirsə, o zaman insan öz kökünə, tərbiyəsinə qayıtmalıdır. Cəmiyyətdə günahlar, fəsadlar açıq və gizli şəkildə baş verir. Açıq şəkildə görülən günahlar cəmiyyətdə qəfil ölümlərə gətirib çıxara bilər”.

O həmçinin əlavə edib ki, məktəblərə milli-mənəvi dəyərlərin təbliği güclü olmalıdır: "Kütlənin belə şəkildə əxlaqsızlığa tərəf getməsi millətin məhvi deməkdir. Əgər din insana milli-mənəvi dəyərlər aşılaya bilmirsə, deməli dinin mahiyyəti itir. Bir insan əxlaqsızlıqla məşğul olub bunu ictimaiyyələşdirirsə, bu cəmiyyətə və ətrafa böyük təsir edəcək və bu da yolverilməzdir”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol