• $
  • €
  • ₽
  • ₺
  • £

Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır

Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
28.09.2014 15:00

ABŞ-ın Havay ştatında yerləşən Kosmik Ekspediyalar üzrə Analoq və Modelləşdirmə mərkəzi (Hİ-SEAS) Mars planetinə uçmaq üçün 6 astronavtdan ibarət heyətin seçildiyini və onların 8 aylıq hazırlıq kursuna başlayacağını elan edib. 

Virtualaz.org saytı bu haqda mərkəzdən yayılan rəsmi press-relizə istinadən xəbər verir. Mərkəz bildirir ki, astronavtlar oktyabrın 15-dən etibarən xüsusi kapsulda ətraf aləmdən təcrid olunacaq və səkkiz ay ərzində bu kapsulu tərk etmədən Mars planetinə kosmik ekspediyasını modelləşdirəcəklər.

Marsa uçmaq üçün kosmik ekspedisiyanın hazırlanması proqramını Amerikanın Milli Aerokosmik Agentliyi (NASA) maliyyələşdirir. 8 ay ərzində ekipaj xüsusi kapsulun içində videomüşahidə altında olacaq, onların orqanizmlərində baş verən proseslər barədə müntəzəm məlumatlar alınacaq.

Hİ-SEAS Marsa uçmaq üçün seçilən ekspedisiyanın üzvlərinin siyahısını açıqlayıb. Olduqca maraqlıdır ki, heyət üzvləri arasında bir azərbaycanlı da var. Heyətə bunlar daxildir:

- Nil Scheybelhut (Neil Scheibelhut), Havay Universitetinin məzunudur. Molekulyar biologiya üzrə bakalavr dərəcəsinə malikdir. ABŞ-ın İraqda apardığı müharibənin veteranıdır və hazırda Los-Ancelesdə mikrobioloq işləyir. O, İndiana ştatında anadan olub.

- Coeslin Dann (Jocelyn Dunn), Perdyu Universitetində fəlsəfə doktorluğuna namizəddir. Onun dissertasiyası qərarların qəbulunun dəstəklənməsi və sistemlərin təkmilləşdirilməsi üçün məlumatların real zaman rejimində analizi haqdadır. C.Dann Florida ştatında anadan olub. O, həmçinin Embri-Riddl Universitetini aviasiya-kosmik texnika ixtisası üzrə bitirib, bu ixtisas üzrə bakalavr dərəcəsinə malikdir. Həmçinin Perdyu Universitetinindən biotibbi mühəndislik ixtisası üzrə magistr dərəcəsi alıb.

- Allen Mirqədirov, NASA-nın uçuşların təhlükəsizliyi şöbəsində (Virciniya ştatı) aerokosmik mühəndisdir. Onun əsas fəaliyyəti orbital və suborbital missiyalarla bağlıdır. Bundan əvvəl Mirqədirov 10 il ABŞ Hərbi-Hava Qüvvələrində zabit kimi xidmət edib. O, SSRİ dövründə Bakıda - Azərbaycanın paytaxtında anadan olub. Hazırda isə Arizona ştatının Finiks şəhərində yaşayır.

Virtualaz.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol