• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bacıların iki yolu var: ya bədənlərini satmaq, ya da...

Bu bacıların iki yolu var: ya bədənlərini satmaq, ya da...
28.09.2014 13:32

Gəncə şəhərində əyyaş atası tərəfindən küçəyə atılan 3 bacının ikisi “Təmiz Dünya” İctimai Birliyinin sığınacaq evinə, digəri isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Təşkilatdan dedilər ki, bacılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin himayəsinə götürülüb. Komitə onların problemləri ilə məşğul olacaq. Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşən azyaşlı isə bacıları ilə getmək istəməyib. Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, o, orta təhsilini davam etdirmək istəyir: “Biz qızların üçünü də sığınacağa yerləşdirmişdik. Onlar Gəncədəki uşaq evində böyüyüblər. Qızların birinin geyim və davranış tərzi fərqlidir. Saçlarını müxtəlif rənglərə boyayıb, qulağını bir neçə yerdən deşdirib. Ona bu tərzinin yaşına uyğun olmadığını, dəyişməsini tövsiyə etdik. Hazırda bacıların kiçiyinin sığınacağa yaxın ərazidəki məktəblərin birində təhsilini davam etdirməsinə çalışırıq”.

Təşkilatdan onu da bildirdilər ki, məktəb direktorları sığınacaqda yaşayan küçə uşaqlarını rəhbərlik etdikləri təhsil müəssisəsinə qəbul etmək istəmirlər. Buna görə də küçə uşaqlarını məktəblərə yerləşdirmək çətindir: “Məsələn, ata bu qızlara baxmayıb. Onlar uşaq evlərində böyüyüblər. Belələri çoxdur. Biz Təhsil Nazirliyinə də müraciət edərək yardım göstərilməsini istəmişik. Küçə uşaqlarını məktəbə göndərərkən hər dəfə problemlə rastlaşırıq. Küçə uşaqlarına nəzarəti heç kim öhdəsinə götürmək istəmir. Direktorlar deyirlər ki, onlar digər şagirdlərə də təsir göstərəcəklər. Bəs neyləyək? Onları taleyin ümidinə buraxmaq olmaz. Bu uşaqlara vaxtında yardım edilməsə, onlar elə küçələrdə ən yaxşı halda bədənlərini satıb yaşayacaqlar”.

Təşkilatdan xatırlatdılar ki, hazırda barlarda, küçələrdə fahişəliklə məşğul olan qızlar da vaxtilə nəzarətsizliyin qurbanı olanlardır. Buna görə də Azərbaycan Uşaqlar Birliyi Təhsil Nazirliyindən küçə uşaqlarının təhsilinə və işlə təminatına yardım göstərilməsini istəyir.

ANS PRESS 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol