Azərbaycanda ögey analara güzəştlər ediləcək

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün "Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edilib.
Anews.az "report”a istinadən xəbər verir ki, bu, palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və "Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























