Azərbaycanda bu marşrut xətti bağlanıb

Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xətti bağlanıb.
ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov açıqlamasında marşrut xəttinin bağlanmasını təsdiq edib:
"Marşrut xəttinin bağlanmasına səbəb yolların bərbad vəziyyətdə olması və ərazidə fərdi yaşayış evlərinin sıx tikilməsidir. Sakinlərin yaxın marşrut xətlərinin hərəkət etdiyi əraziyə çatdırılması üçün 2 avtobus ayrılıb. Bu avtobusların xidmətindən yararlana bilərlər".
Qeyd edək ki, 55 nömrəli marşrut xətti şəhərin mərkəzi bazarından "Ximstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























