• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisi geylərin ovuna başladı: Görüş yerinə çağırıb qandallayırlar

Bakı polisi geylərin ovuna başladı: Görüş yerinə çağırıb qandallayırlar
02.04.2019 22:03
Dünən aprelin 1-i axşam saatlarında Bakı şəhərində bir neçə transgender və gey fərd polis tərəfindən müxtəlif polis bölmələrinə aparılıb. 
Buta.media-nın məlumatına görə, bunu adlarının açıqlanmasını istəməyən LGBTQ (Lezbiyan, Gey, Biseksual və Transseksual) icma üzvləri minorityaze-a deyiblər.
Onlardan biri aldadılaraq, seks xidmətləri göstərməsi məqsədilə otelə dəvət olunub və orada 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 
"Görüş yerinə bizi çağırıb çatanda, elə ordaca qandallayıb apardılar.”
Məlumatda bildirilir ki, saxlanılan və cərimələnən şəxslərin sayı ən azı 15 nəfərdir. Onlar həmçinin məcburi tibbi müayinəyə Dəri-Zöhrəvi Dispanserinə göndərilib. Lakin saxlanılmaların səbəbi hal-hazırda məlum deyil. Əlavə olunur ki, polis İnternet şəbəkəsi vasitəsilə transgender şəxsləri "ovlamağa” çalışır. 
Saxlanılan şəxslərin sonradan Binəqədi Rayon Polis idarəsinə aparıldığı məlumatda qeyd olunur.
Bildirilir ki, onlardan ən azı bir neçəsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə ( Xırda xuliqanlıq) əsasən cərimələnib. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə (Polisin qanuni əmrinə tabe olmamaq) əsasən 30 sutka həbs cəzası alan şəxslərin olduğu qeyd edilir.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında da oxşar hadisələr baş vermişdi. Onlarla icma üzvü həbs olunmuş və cərimələnmişdi. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol