Süd vəzisi xərçəngi bu — İKİ SƏBƏBDƏN YARANIR

Alimlər süd vəzisi xərçənginin inkişafının əsas səbəblərini açıqlayıblar.
Anews.az publika.az-a istinadən xəbər verir ki, "International Journal of Cancer" nəşrində dərc edilmiş tədqiqata əsasən, bu qorxulu şişin inkişafında piylənmə və alkoqoldan sui-istifadə böyük rol oynayır.
Avstraliya alimləri 6 tədqiqatın nəticələrini təhlil ediblər. Toplam olaraq, 200 mindən çox qadının cəlb edildiyi tədqiqatlar nəticəsində aydınlaşıb ki, alkoqolizm və artıq çəki süd vəzisi xərçənginin əsas səbəbləridir.
Alimlərin hesablamalarına görə, ən yaxın 10 il ərzində məhz piylənməyə qarşı mübarizə süd vəzisi xərçənginin qarşısının alınmasında ən böyük paya sahib olacaq. Bu "reytinqdə" alkoqoldan sui-istifadə ikinci yeri tutur.
Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Həmçinin, ağciyər xərçəngindən sonra, dünyada ən çox qeydə alınan xərçəng növüdür. Statistikaya görə, hər 8 qadından biri həyatının müəyyən dövründə döş xərçəngi xəstəliyinə tutulur.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib