Bakıda nadir təbii hədisə - Xarıbülbül gülü bitib - VİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində Xarıbülbül gülü bitib.
Yalnız Qafqazda bitən bu gülə nadir hallarda rast gəlmək mümkündür.
Xarıbülbül gülü Bakıda zavodlardan birinin həyətində bitib.
Qeyd edək ki, Xarıbülbül. Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir. Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası "qaş” deməkdir.
Bu gülə Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir./baku.ws
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























