• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
27.09.2014 15:53

İstirahət günü Bakının bəzi ərazilərində intensiv yağışlar yağacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 28-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Gecə saatlarında yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Bakı və Abşeron yarımadasında sentyabrın 28-də havanın temperaturu gecə 17-19, gündüz 20-24 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında, əsasən də dağlıq və dağətəyi rayonlarda sentyabrın 28-də gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

 

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

 

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

 

Xəbərdarlığa görə, sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin - 5-10 dərəcə enəcək.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol