• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdə işləmək istəyənlərin nəzərinə! Aprelin 15-ə qədər qeydiyyatdan keçin

Nazirlikdə işləmək istəyənlərin nəzərinə! Aprelin 15-ə qədər qeydiyyatdan keçin
03.04.2019 13:10
Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilmiş və əksəriyyəti gənclər olan 350-yə yaxın hüquqşünas qeydiyyatdan keçib.

Ədliyyə Nazirliyindən Anews.az-a verilən məlumata görə, vətəndaşların müraciətlərini nəzərə alaraq və müsabiqədə iştirak etmək arzusunda olan gənclərə geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu 15 aprel 2019-cu il tarixədək davam edəcək.

Müsabiqə üzrə test imtahanında iştirak üçün müraciətlərin qəbulu "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası"nı Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsindən, habelə qeydə alınan namizədlərin elektron kabinetlərindən əldə etmək olar.

Eyni zamanda namizədlər müsabiqəyə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi hazırlıq kurslarında iştirakla bağlı birbaşa həmin Akademiyaya müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol