Azərbaycanda insanlar daha çox böyrək çatışmazlığından əziyyət çəkir

2018-ci ildə Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib.
"Ölkə.Az” xəbər verir ki, bu barədə respublikanın baş nefroloqu Fariz Babayev məlumat verib.
Onun sözlərinə görə, ümumiyyətlə son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb və bu mərkəzlərdə 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub.
O qeyd edib ki, bu müddət ərzində Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır. O əlavə edib ki, təkcə ötən il 89 xəstəyə böyrək köçürülüb.
Bu gün Azərbaycanda insanların daha çox böyrək çatışmazlığından əziyyət çəkdiyini vurğulayan F.Babayev bildirib ki, ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artıb.
O həmçinin qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır. Onun fikrincə, "Orqanların köçürülməsi haqqında” yeni qanun qəbul edildikdən sonra bu sahədə daha ciddi addımlar atılacaq və bu sahədəki işlər təkmilləşdiirləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























