• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşlərinin üç illiyinə həsr olunmuş poçt markaları

Aprel döyüşlərinin üç illiyinə həsr olunmuş poçt markaları
03.04.2019 15:46
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka” MMC tərəfindən "Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və "Zəfər” İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmış markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Markaların buraxılmasında əsas məqsəd Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlarından biri sayılan aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək, Vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub.

Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T. Nepoqodin adına mətbəədə 24 000 tirajla (8 markadan ibarət 3000 kiçik vərəq) çap olunub. Bir markanın ölçüsü 40x28 mm, vərəqin ölçüsü 98x130 mm-dir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol