• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ana 14 yaşlı qızını zorla 20 yaşlı oğlana ərə verdi və...

Azərbaycanda ana 14 yaşlı qızını zorla 20 yaşlı oğlana ərə verdi və...
03.04.2019 16:53
Bakıda 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Arzuman Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Arzuman Həsənov 2018-ci ilin yanvarın əvvəllərində Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, 13 yanvar 2018-ci il tarixdən isə Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən "Cücə” fermasının yaşayış sahəsindəki evdə 2004-cü il təvəllüdlü Ləman Məmmədova (ad və soyad şərti verilib – red.) ilə qeyri-rəsmi nikahda yaşayıb.

Arzuman Həsənov Ləmanla ailə münasibətlərində olub və bu, 2018-ci ilin iyun ayınadək davam edib.

Ləman Məmmədovanın atası qızının ərə verilməsindən xəbər tutduqda bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Əslən lerikli olan kişi qızının paytaxtda zorla anası tərəfindən ərə verildiyini, yetkinlik yaşına çatmadığı hamilə qalmasından şikayətçi olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb və şikayətin düzgün olduğunu, yetkinlik yaşına çatmayan qızın ərə verildiyi üzə çıxıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Arzuman Həsənov həbs edilib.

İstintaq orqanı tərəfindən Arzuman Həsənovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Arzuman Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Arzuman Həsənov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsi tərəfindən sərt cəza təyin edildiyini göstərib.

Arzuman Həsənov hökmün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Qeyd edib ki, özünün və zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən evləndirilib, erkən nikaha daxil olublar. Onun bildirdiyinə görə, onların hətta toyları da olub.

Arzuman Həsənov bildirib ki, zərərçəkmişin ona qarşı heç bir tələbi və iddiası yoxdur: "Zərərçəkmiş şəxs məni öz əri kimi qəbul edir. Mənim azadlığa çıxıb, öz evinə qayıtmasını istəyir”.

Arzuman Həsənovun şikayətinə görə, böyrək xəstəliyindən əziyyət çəkir, ailənin yeganə qazanc gətirən üzvüdür. O, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, əvvəllər məhkum olunmadığını göstərib.

Arzuman Həsənovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Apelyasiya şikayəti təmin olunmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol