• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli məmur həbs edildi: Hər ay 70 nəfərin maaşını mənimsəyib

Azərbaycanda vəzifəli məmur həbs edildi: Hər ay 70 nəfərin maaşını mənimsəyib
29.05.2020 08:26
Aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə böyük əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb. İş yerində və evində aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən 70 ədəd maaş kartı götürülüb.

Anews.az AFN-ə istinadən xəbər verir ki, əməliyyat zamanı aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna "DOST" mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Həmin işçilər Rayon Kommunal Təsərrüfat Birliyinin (RKTB) xətti ilə işə götürülürlər. Rəis Teymur Hacıyev 500 nəfərdən 70 nəfərinin maaş kartını özündə saxlayıb. Adları işçi kimi qeydiyyata alınsa da, faktiki olaraq həmin işçilər işə çıxmayıblar. Onların adına maaş kartları açılıb, hər ay ora 170 manat məvacib köçürülüb. Teymur Hacıyev hər ay həmin pulları çıxarıb. Ayda 12 min manat civarında pul mənimsənilib. Son 6 ay ərzində Teymur Hacıyevin 70 min manata yaxın ancaq maaş kartları vasitəsi ilə mənimsədiyi haqda məlumatlar var. Bundan başqa, Teymur Hacıyevin işdə olan fəhlələrə qarşı da qanunsuzluqlara yol verdiyi bildirilir. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı keçirməsinə səbəb də işçilərin Teymur Hacıyevdən şikayətləri səbəb olub. Belə ki, işçilər hüquq-mühafizə orqanlarına yazdıqları şikayətlərdə Teymur Hacıyevin onlardan qanunsuz olaraq hər ay maaşlarından pul verməyə məcbur etdiyini, hər xırda məsələyə görə onlardan pul tələb etdiyini yazıblar.

Teymur Hacıyevin ifşa edilməsindən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, RKTB-nin fəaliyyətinə nəzarət etməli olan icra başçısının 1-ci müavini Qüdrət Əliyev təlaş keçiriblər. Alimpaşa Məmmədovun Qüdrət Əliyevin əlaqələrindən istifadə etməklə Teymur Hacıyevin xilas edilməsi üçün minnətçi düşməsi, bir neşə ünvandan xahişçi olması haqda da xəbərlər var.

Qeyd edək ki, ötən ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda belə bir agentliyin yaradılması üçün məqsədin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması göstərilir. Bundan başqa, agentlik innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına görə yaradılıb.

Adiyyəti qurumlar isə məsələylə bağlı gün ərzində məlumat yayacaqlarını bildiriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol