Bu yolda hərəkət məhdudlaşdırılır

Aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anews.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























