“Bakubus”ın avtobusu səfirliyin maşını ilə toqquşdu

"Bakubus” avtobusu paytaxtda qəzaya düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.
İlkin məlumata görə, avtobus dönmə əməliyyatını yerinə yetirən zaman Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado” markalı, 040 D 001 qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























