• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 20 növ quşun adı dəyişdirilib - SİYAHI

Azərbaycanda 20 növ quşun adı dəyişdirilib - SİYAHI
29.05.2020 09:39
AMEA-nın Zoologiya İnstitutu bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib.

Anews.az xəbər verir ki, institutun direktoru Elman Yusifov "Report”a açıqlamasında deyib ki, son dövrlər Azərbaycan faunasında quşların sayı və adları barədə mütəxəssislərin müxtəlif fikirləri bəzi çaşqınlıq yaradırdı.

O qeyd edib ki, bəzən də regionlarda quş adları fərqli formada bir neçə versiyada deyilirdi: "Bəzi mənbələrdə, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeksənəq adlar olurdu. Ona görə də institutun Elmi Şurası qərara aldı ki, Azərbaycan faunasının taksonomik spektrini tərtib olunsun və ona görə də belə zərurət yarandı. Bu məsələdə tək bizim institut yox, ETSN, Bakı Dövlət Universiteti, Naxçıvan Bioresurslar İnstitutu və Gəncədən olan mütəxəssislər cəlb edilərək yekun qərar hər kəsə deyildi. Bəzi quş adları birdəfəlik, bəziləri də müəyyən mənada dəyişdi. Yaxın vaxtlarda həmin adlar nəşr ediləcək”.

E.Yusifov xatırladıb ki, Azərbaycan faunasında 405 quş növü təsdiq edilib və onun içərisində mübahisə doğuran 20 adı ortaq məxrəcə gəlinərək dəyişdirilib.

Zooloji Muzeyin müdiri Səbinə Bünyatova isə qeyd edib ki, quş adlarının dəyişdirilməsi barədə Azərbaycan onurğalılar faunasının taksonomik spektrinin müzakirəsi zamanı qərar qəbul edilib.

O bildirib ki, indiyə qədər ornitoloqlar tərəfindən təqdim olunan 140 növün adları arasında fərqlilik olub: "Bu müzakirə olunaraq yekun adlar qəbul edildi. Müzakirəyə çıxarılan 20 quş növünün yerli adları ornitoloqlar Elçin Sultanov, İlyas Babayev, Tahir Kərimov, Əbülfəz Tağıyev, Sevinc Rəcəbova, AMEA-nın Zoologiyaİnstitutunun direktoru Elman Yusifov, elmlər işlər üzrə direktor müavini Elşad Əhmədov və Quru onurğalıları laboratoriyasının müdiri Qiyas Quliyev arasında müzakirə olundu və səs çoxluğu ilə yekun adlar qəbul olundu”.

S.Bünyatova qəbul olunan yeni adların izahını da verib: "Belə ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olundu. Batağan adı quşun suyun dərinliklərinə baş vurmaq xüsusiyyəti əsas götürülərək seçildi.

Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünün yeni adı böyük xallı qartal qəbul edildi.

Həmçinin, ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının, bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğu əsas götürülərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızılquş növünün adı sərçəçalan kimi dəyişdirildi.

Qəşəng durna növünün adı isə telli durna qəbul edildi. Bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur.

Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq təklif olundu.

Həmçinin alman və rus dili mənşəli bir sıra adlar milli adlarla dəyişdirildi:

trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s. Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edildi, çünki növ bu cür səs çıxarır, lakin ədəbiyyatlarda səhvən "теньковка” adı "kölgə” kimi tərcümə edilib".

Tam siyahını təqdim edirik:

Köhnə adlar - Yeni adlar
Maygülü - batağan
Böyük qartalca, çığırğan qartalca - Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan - sərçəçalan
Qəşəng durna - Telli durna
Cek, gözəlcek - gözəl dovdaq
Trinqa - otluq cüllütü
Bekas - meşə cüllütü
Sterna - Sümrü
Adi sitta - adi fitçi
Qırmızıqanad tixodrom - qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni - Sin – sin yarpaqgüdəni
İlanboyun - adi buruqboyun
Alacəhrə - alaçöhrə
Toğlugötürən - saqqalı kərkəs
Leşyeyən qartal - leşyeyən ağkərkəs
Sultan toyuğu - Sultan quşu
Torağay - turağay
Sarıdimdik qarğa - Sarıdimdik dolaşa
Tuvik - Tüviy
Anqut - qırmızı ördək

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol