• $
  • €
  • ₽
  • ₺
  • £

Ebola haqqında bilmədiklərimiz - XƏBƏRDARLIQ

Ebola haqqında bilmədiklərimiz - XƏBƏRDARLIQ
26.09.2014 21:28
İnsanlarda və primatlarda rast gəlinən bu xəstəlik daha çox ölümlə nəticələnir. Alimlər Ebola virusunun 5 növünü müəyyən ediblər:

1. Bundibuqyo Ebola Virusu - BDBV2. Zaire Ebola Virusu - EBOV3. Reston Ebola Virusu - RESTV4. Sudan Ebola Virusu - SUDV5. Tai Forest Ebola Virusu - TAFVAfrikada ölümlərə səbəb olan Ebola növləri bunlardır - BDBV, EBOV VƏ SUDV və ən ölümcül növ hesab olunurlar.RESTV növünə daha çox Filippində və Çin Xalq Respublikasında rast gəlinir, bugünə qədər Ebolanın bu növünə oluxanlarda öülm faktı aşkarlanmayıb. Xüsusilə bu xəstəliyə tutulanlar meymun və donuzlarla təmas halında olan insanlarda müşahidə edilir.Xəstəliyə yoluxmaİndiyə qədər Ebola virusunun təbii mənbəsi müəyyən olunmadığından insanın bu virusa necə yoluxduğunu dəqiq demək mümkün deyil. Araşdırmaçılar ilk xəstənin yoluxmuş bir heyvanla təmas nəticəsində virusa tutulduğu fərziyyəsini irəli sürüblər.İnsandan insana yoluxmanın isə bir neçə yolu var: Bunlar: - Xəstənin qanı və ya ifrazatı ilə birbaşa əlaqə zamanı;- Xəstənin ifrazatı ilə çirklənmiş obyektlərlə təmas zamanı;- Ölmüş ebola xəstəsinin dəfn edildiyi müddətdə cəsədlə birbaşa təmas zamanı;- Yaxşılaşmış adamla cinsi əlaqə zamanı - xəstənin spermasında viruslar hələ 7 həftə sağlam qalır;Müşahidələr göstərir ki, daha çox ebolaya yoluxanlar xəstələrlə təmas quran ailə və yoldaşları tutulur və bu zaman onların qan və ifrazatına toxunanlar "qurban" olurlar.Bu xəstələrlə təmas zamanı mütləq xüsusi tibbi-qoruyucu geyimlər - plaşlar, əlçəklər, qoruyucu maskalar taxılmalıdır.Şpris və digər avadanlıqlar istifadə olunduqdan sonra, hətta atıldıqda belə xüsusi rejimdə təmizlənməli, sterilizə edilməlidir. Sterilizə işlərinə diqqət edilməsə, xəstəliyin əhatə dairəsi daha da genişlənə bilər.Xəstəliyin əlamətləri- Yüksək tempratur- Baş ağrısı- Oynaq və əzələ ağrısı- Halsızlıq- İshal- Qusma- Mədə ağrısı- İştahsızlıqBəzi xəstələrdə də bu əlamət görülə bilər:Qaşıntı, gözlərdə qızartı, hıçqırıq, öskürək, boğaz ağrısı, sinə ağrısı, nəfəs almaqda çətinlik, udqunmada çətinlik, bədəndə daxili və xarici qanaxmalar. Laboratoriya araşdırması zamanı aşağı ağ qan hüceyrələri və trombosit sayı ilə yüksək qaraciyər fermentləri görülməkdədir. Son dövrdə böyrək və qaraciyər çatmazlığı müşahidə edilir.Xəstəliyin əlamətləri Ebola virusuna məruz qaldıqdan 2 - 21 gün (ümumiyyətlə 8-10 gün) sonra özünü biruzə verir. Xəstələrin bir qismi yaxşılaşarkən, digər hissəsinin müalicəyə cavab verməməsini alimlər hələ aydınlaşdıra bilməyiblər. Hazırkı tədqiqatlar sadəcə ölən xəstələrin immun sisteminin Ebolaya dözmədiyi diaqnozu qoyulub.Xəstəlikdən QorunmaEboladan qorunma mövzusunda bir çox çətinliklər var. Ebola ilə insanların tam olaraq necə yoluxmuş olduqları bilinmədiyindən az sayda təməl qorunma tədbiri vardır.Eboladan qorunmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə edilir: - Digər yoluxucu xəstəliklərdə olduğu kimi xəstəliyi önləmənin ən əhəmiyyətli tədbirlərindən biri əllərin nizamlı olaraq yuyulmasıdır. Əllərinizin su və sabunla yuyulması (və ya sabun olmadığı yerlərdə və əllərin açıqca qan və bədən mayeləriylə çirkli olduğu vəziyyətlərdə susuz spirt-based əl losyonu istifadə edilməsi) dərinizdən potensial yoluxmuş materialları uzaqlaşdırar və xəstəliyinin keçişini qarşısını alır.- Əlcək istifadə olunduğu təqdirdə onları çıxarmazdan əvvəl su və sabunla yumaq, əlcəkləri çıxardıqdan sonra da təkrar əllərin yuyulması.- Ölü heyvanlarla, xüsusilə də primatlarla təmasdan qaçmaq.- Yerli bazarlarda istehlak üçün satılan primatların - vəhşi heyvanların ətinin yeyilməsindən qaçmaq.- İnfeksiya ehtimalını minimuma endirmək üçün Ebola virusu infeksiyası olduğundan şübhələnilən insan ya da heyvanlarla yaxın təmas edərkən infeksiya nəzarət tədbirlərinin tətbiq edilməsi.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol