• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı əhaliyə verdiyi vədi nə üçün yerinə yetirmir? - Prezidentə şikayət

İcra başçısı əhaliyə verdiyi vədi nə üçün yerinə yetirmir? - Prezidentə şikayət
05.04.2019 09:48
Aprelin 2-də səhər saatlarında  Sumqayıt şəhəri, 9-cu mikrorayonda "Şərq bazarı” kimi tanınan yerdə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətə etiraz olaraq həmin ərazidə aksiya keçiriblər, bu barədə aksiya iştirakçılarının Anews.az-a ünvanladığı  elektron məktubda bildirilir. 

Aksiyanı keçirməkdə məqsəd "Şərq bazarı" sahibkarlarının mağazalarını geri istəməsi olub.



Qeyd edək ki,sahibkarlara məxsus ticarət obyektləri 2017-ci ilin mayında  Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən sökülüb. Sənədləri tam qaydasında olan dükanları məhkəmə qərarı olmadan sökmək qanunsuzluq  olsa da dükanlar antisanitariya, şəhərin görünüşünə xələl gətirməsi adı ilə tezbazar sökülüblər.  İndi isə idi bu ərazi xarabalığı xatırladır və əvəlkindən daha pis antisanitariya vəziyyətindədir. 

Həmin ilin sentyabrında orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyi vəd edilib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş üstə daş qoyulmayıb. Sahibkarlar dükanların sökülməsindən 2 il keçdiyini, amma hələ də onların xeyrinə bir irəliləyiş olmadığını söyləyirlər.

 

Sahibkarlar şəhər rəhbərliyinə müraciət edib. Hər dəfə onlara problemin tezliklə həll ediləcəyi deyilsə də, heç bir nəticə əldə olunmayıb.

Söküntüdən sonra onlara 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: "İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”.
 

Həmin müddətdən isə 2 ilə yaxın vaxt keçib.

Sahibkarlar deyir ki,  dəfələrlə Prezident Administrasiyasına müraciət ediblər. Oradan isə onlara problemlərinin yaxın zamanlarda həllini tapacağı ilə bağlı ümidverici vəd verilsə də nəticə ürəkaçan deyil. 
 
 

Aksiya iştirakçıları sonra onların problemlərini işıqlandıran yerli mətbu orqanlarına da açıqlamalar veriblər vəbir neçə dəfə Sumqayıt icra hakimiyyətinə yollanıb , icra başçısı Zakir Fərəcovla görüşdə  mövcud vəziyyət müzakirə olunub və ərazidə tikinti işlərinin aparılması istiqamətində ümumi şifahi razılıq əldə olunub.
 

Belə ki,sahibkarlarla 2 saatdan çox söhbət edən və onları dinləyən Zakir Fərəcov artıq neçənci dəfə onlara vəd verib ki,məsələ öz müsbət həllini tapacaq.
 
 
İcra başçısı konkret olaraq sahibkarlara bildirib ki ,may ayının 1-cən ərazidə ticarət mərkəzinin tikintisinin  başlanılması üçün müvafiq sərəncam verəcək və sahibkarlar deyilən vaxta qədər gözləməyə qərar veriblər.

Hazırladı: Minira Qubatova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol